Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Bu günlərdə Xaçmaz rayonunda “C. Naxçıvanski adına hərbi liseyin 25 illiyi haqqında” Respublika Prezidentinin 13 mart 1998-ci il tarixli sərəncamına və Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən növbəti yubiley tədbiri keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Böyük Vətən Müharibəsində həlak olanların və şəhidlərin Xatirə abidələri önünə əklilər qoymuş, Heydər Əliyev adına İdealoji Mərkəzin geniş ekspozisiyası ilə tanış olmuşlar.
“Xəzər” kinoteatrının qarşısındakı meydanda Hərbi Liseyin 25 illiyinə həsr olunmuş mərasimin təntənəli açılışı olmuşdur.
Tədbirdə Xaçmaz rayon icra hakimiyyəti başçısı Rafiq Niftəliyev, Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, məktəbin məzunları, şəhid valideynləri, Böyük Vətən Müharibəsinin veteranları, liseyin rəhbərliyi və məzunları iştirak etmişlər.
Yüzlərlə Xaçmaz zəhmətkeşinin iştirak etdiyi yubiley mərasimi ordu ilə xalqın birliyinin parlaq nümunəsinə çevrilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblı tədbirdə konsert proqramı ilə çıxış etmişdir.