AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 21-dən 23-dək Bakı Ali Hərbi Dənizçilik məktəbində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi uğrunda səmti müəyyən etmə üzrə hərbi-idman yarışları keçiriləcəkdir.
Aprelin 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu qəbul etmişdir.
Aprelin 12-də Sinandalidə (Şərqi Gürcüstan) Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev, Gürcüstanın Müdafiə naziri general-leytenant David Tevzadze və Ermənistan Respublikasının Müdafiə naziri Vazgen Sarkisyan görüş keçirmişlər.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 17-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonu sahəsində qoşunların təmas xəttində monitorinq keçirmək planlaşdırılır.
Aprelin 15-də saat 20:30-dan 20:35-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal edilmiş Şurabad kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Təzəkənd kəndi ərazisindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Aprelin 10-da saat 20:15-dən 20:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal edilmiş Şıxlar kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Ayaq Qərvənd kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Aprelin 9-da saat 19:45-dən 19:55-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen yaşayış məntəqəsinin şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Musaköy kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Martın 30-da Müdafiə Nazirliyi Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi mövzusunda mətbuat konfransı keçirmişdir.
Martın 30-da saat 11:00-da Müdafiə Nazirliyi Mətbuat Xidməti Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi mövzusunda mətbuat konfransı keçirəcəkdir.
Martın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak etmişdir.