AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 26-dan dekabrın 6-dək Buxarest (Rumıniya) şəhərində “Kooperativ Determineyşn-99” çoxmillətli Komanda-Qərargah təlimləri keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələri iştirak edəcəklər.