Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 17-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi kollegiyasının geniş iclası keçirilmişdir. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev kollegiyada “1999-cu ilin yekunları üzrə Silahlı Qüvvələrdə döyüş hazırlığı, nizam-intizamın vəziyyəti haqqında və 2000-ci ildə Silahlı Qüvvələr qarşısında duran vəzifələr” mövzusunda məruzə etmişdir.
Müdafiə naziri bildirmişdir ki, hesabat ilində Azərbaycan Respublikası Silahlı Qüvvələri Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin bütün tapşırıqları və sərəncamlarını yerinə yetirərək qarşısında duran vəzifələrin öhdəsindən gəlmiş, hərbi birliklər, birləşmələr və hissələr keyfiyyətcə yeni səviyyəyə yüksəlmişlər.
Müzakirələrdə hərbi birlik və birləşmələrin nümayəndələri iştirak etmişlər.
Sonra “1999-cu tədris ilində əldə olunmuş nailiyyətlərə görə fərqlənən hərbi qulluqçuların mükafatlandırılması haqqında” Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin əmri oxunmuş və nazir fərqlənənlərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.