Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri xanım Asma Anisanı qəbul etmişdir.
Müdafiə naziri xanım Asma Anisanı salamladıqdan sonra, səfir tanışlıq məqsədilə görüşə gəldiyini bildirmişdir. Sonra o, Pakistan və Azərbaycan xalqlarının qədim dostluq tarixindən söhbət açmış, respublikamızda diplomatik xidmətdə olduğu müddətdə bu dostluğun daha da dərinləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini demişdir.
General-polkovnik S.Əbiyev xanım Anisanı yeni təyinatı münasibətilə təbrik etmiş, dost Pakistanın müstəqil Azərbaycan dövlətini tanıyan ikinci dövlət olduğunu xatırlamış, iki dövlət arasında dostluq və əməkdaşlığın daha da dərinləşəcəyinə əmin olduğunu söyləmişdir.
Görüş qarşılıqlı anlaşma şəraitində keçmişdir.