Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Kanadanın Türkiyə və Azərbaycan Respublikalarındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab J.M.Düvalı qəbul etmişdir.
Müdafiə naziri səfirə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və münaqişəsinin həllinə yönəlmiş ikitərəfli danışıqlar haqqında, Azərbaycan Respublikasının NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iştirakı, Qafqaz regionundakı mövcud vəziyyət barəsində ətraflı məlumat vermişdir.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirməklə yanaşı, qeyd etmişdir ki, Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal etmiş Ermənistan Respublikasının təcavüzkar hərəkətlərinə qiymət verilməlidir.
Görüşün sonunda Müdafiə naziri qonağı maraqlandıran suallara cavab vermişdir.
Cənab J.M.Düval ətraflı məlumata görə Müdafiə nazirinə öz təşəkkürünü bildirmişdir.