Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Maddi-texniki təminat İdarəsinin rəisi general-leytenant Ünal Sipanioğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra onlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması barədə məlumat vermiş, Türkiyə-Azərbaycan hərbi əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulamışdır.
General-leytenant Ünal Sipanioğlu Azərbaycana ilk gəlişindən məmnun olduğunu bildirmiş və Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Türkiyənin əlindən gələn köməyi əsirgəməyəcəyini söyləmişdir.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan və Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini icra edən polkovnik Qorxmaz Qarayev iştirak etmişdir.