Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Bloxini və Silahlı Qüvvələr attaşesi I dərəcəli kapitan Vladimir Sukaçı onların xahişi ilə qəbul etmişdir.
Azərbaycanın müdafiə naziri qonaqları salamladıqdan sonra Rusiya səfiri onun Moskva səfərinin gedişi və nəticələri ilə maraqlandı.
General-polkovnik S.Əbiyev Moskva səfəri zamanı keçirdiyi görüşlər barədə ətraflı söhbət açdı və nəticənin qaneedici olduğunu söylədi.