AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Rusiya Federasiyası Marşalı İqor Sergeyevin dəvətilə 1999-cu il noyabrın 24-dən 26-dək Moskva şəhərində rəsmi səfərdə olacaqdır.
Moskvada general-polkovnik S.Əbiyevin Rusiya Federasiyasının Müdafiə naziri marşal İqor Sergeyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Anatoli Kvaşnin və Rusiya Federasiyası dövlətinin digər rəhbərləri ilə görüşü planlaşdırılır.