AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 8-də saat 21:45-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Nəmirli kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şimalında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Avqustun 7-də düşmənlə təmas xəttində yerləşən “N” saylı hərbi hissənin zabiti, baş leytenant Babayev Kamal Boris oğlu, taqım komandiri, döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan güllədən aldığı ağır yaradan həlak olmuşdur.
Avqustun 8-dən 14-dək Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması təlimlərinin ikinci mərhələsi keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində avqustun 5-dən 9-dək Burqştad Şlayninq şəhərində (Avstriya) “Cənubi Qafqaz bölgəsində böhranların idarəolunması” mövzusunda seminar və avqustun 5-dən 16-dək Gölcük şəhərində (Türkiyə Respublikası) Xilasetmə və ilk yardım kursu keçiriləcəkdir.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlum edir ki, iyulun 23-də “kəskin istivurma” diaqnozu ilə Mərkəzi Hərbi Klinik Qospitala yerləşdirilmiş əsgər Qəhrəmanov Vüqar Təyyar oğlu (Ağsu rayon hərbi komissarlığı) həyata keçirilən bütün tibbi yardım tədbirlərinə baxmayaraq iyulun 27-də vəfat etmişdir.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlum edir ki, ağır döyüş şəraitində düşmənlə təmas xəttində xidmət edən Silahlı Qüvvələrin aşağıda adları göstərilən əsgərləri “kəskin istivurma” diaqnozu ilə iyulun 25-də Mərkəzi Hərbi Klinik Qospitala yerləşdirilmiş və həyata keçirilən bütün tibbi yardım tədbirlərinə baxmayaraq iyulun 26-da vəfat etmişlər:Əsgər Nəbivev Tural Mədət oğlu - Sumqayıt şəhər hərbi komissarlığı.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlum edir ki, ağır döyüş şəraitində düşmənlə təmas xəttində xidmət edən Silahlı Qüvvələrin aşağıda adları göstərilən əsgərləri “kəskin istivurma” diaqnozu ilə Mərkəzi Hərbi Klinik Qospitala yerləşdirilmiş və həyata keçirilən bütün tibbi yardım tədbirlərinə baxmayaraq iyulun 20-də və 22-də vəfat etmişlər:Əsgər Bağırov Eldəniz Eldar oğlu - Mingəçevir şəhər hərbi komissarlığı.
İyulun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Toşiyuki Fucivaranı, Rusiya Federasiyası və Azərbaycan Respublikasındakı hərbi attaşesi Koki Araseni qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 22-dən 26-dək Mannheim şəhərində (Almaniya Federativ Respublikası) SNT/Taktiki ingilis dili üzrə müəllimlər üçün seminar keçiriləcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 19-da Ermənistan-Azərbaycan cəbhəsinin Qazax rayonunun Kəmərli yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.