ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 5-də Azərbaycan Respublikası və Ermənistan Respublikası silahlı qüvvələrinin Tərtər rayonunun Qapanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırıkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Kennet Pikles və Miroslav Vımetal keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Korj və Yurgen Şmidt keçirəcəklər.