Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 9-dan 13-dək Sodertalye şəhərində (İsveç Krallığı) “Hərbi İngilis dili” kursu, Nürenberq şəhərində (Almaniya) “Öldürücü qüvvəyə malik olmayan silahlar” üzrə konfrans, Oberammerqau şəhərində (Almaniya) “Hava Hücumundan Müdafiə” üzrə kurs, fevralın 9-dan 20-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) “İngilis dili test mütəxəssisləri üçün seminar”, Riqa şəhərində (Latviya) “Qərargah zabitləri üçün hərbi terminologiya” kursu və fevralın 10-dan 12-dək Varna şəhərində (Bolqarıstan) “Kooperativ Partnyor-04” təliminin Əsas Planlaşdırma Konfransı keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.