Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Fevral 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında  fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 2-dən 6-dək Oberammerqau şəhərində (Almaniya) “NATO-nun Avropa təhlükəsizliyi üzrə əməkdaşlıq” kursu, Tallin şəhərində (Estoniya) “RESCUER/MEDCUER” təliminin əsas konfransı və fevralın 3-dən 6-dək Fürstenfeldbruck şəhərində (Almaniya) “Gecəgörmə cihazları üzrə təlimatçılar üçün təlim” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.