Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 16-dan 17-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Mülki Müdafiə Komitəsinin iclası, fevralın 16-dan 27-dək Valdröb şəhərində (Almaniya) “İngilis dili müəllimləri üçün təlim seminarı”, Oberammerqau şəhərində (Almaniya) “Avropada Adi Silahlara birgə nəzarət üzrə müfəttiş-müşayiətçi kursu”, Ankara şəhərində (Türkiyə) “Silahlı Münaqişələr hüququ” kursu, fevralın 16-dan martın 5-dək Lyubyana şəhərində (Sloveniya) “Qərargah zabitləri üçün ingilis dili kursu” və Sodertalye şəhərində (İsveç Krallığı) “Qərargah zabitləri üçün kurs” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.