Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 26-dan fevralın 6-dək Bakı şəhərində dəniz neft platformalarının mühafizəsi üzrə birgə Azərbaycan-Amerika treninqləri keçirilir.
Treninqlər neftqaz platformalarının və digər üzən qazma qurğularının mühafizəsi üzrə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri şəxsi heyətinin vərdişlərinin inkişaf etdirilməsinə yönəlmişdir.
Praktiki məşq tədbirlərində Amerika Birləşmiş Ştatlarının 18, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin isə 45 hərbi qulluqçusu və iki patrul kateri iştirak edir.
Treninqlər Azərbaycan-Amerika ikitərəfli əməkdaşlıq planına uyğun keçirilir.