Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 20 Sentyabr 2005 00:00

Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabr 21-dən 23-dək Bakı şəhərində Müdafiə Nazirliklərinin ekspert qrupları səviyyəsində hərbi-siyasi danışıqlar keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 19 Sentyabr 2005 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 19-dan 29-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “NATO-nun Mənzil Qərargahı və Tərəfdaşlığın Koordinasiya Qrupu ilə tanışlıq” proqramı;-sentyabrın 19-dan 30-dək Skopye şəhərində (Makedoniya Respublikası) “Qərargah zabitləri üçün hərbi terminologiya” kursu;-sentyabrın 20-dən 22-dək Mons şəhərində (Belçika Krallığı) “Cooperative Marlin-06” təliminin ilkin planlaşdırma konfransı; -sentyabrın 20-dən 23-dək Bişkek şəhərində (Qırğızıstan Respublikası) “Fövqəladə hallar zamanı hərbi-mülki hazırlıq məsələləri və coğrafi məlumat sistemləri” üzrə təlim;-sentyabrın 23-dən dekabrın 16-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Avropa Təhlükəsizlik Elmləri” çərçivəsində kurs keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 14 Sentyabr 2005 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 15-dən 16-dək Brüssel şəhərində (Belçika Krallığı) Verifikasiya üzrə Əlaqələndirmə Komitəsinin iclası və sentyabrın 14-dən 16-dək Kunqsangen şəhərində (İsveç Krallığı) “Vikinq-05” təliminin yekun planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 12 Sentyabr 2005 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 12-dən 15-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Müdafiə iqtisadiyyatı — Müdafiə transformasiyası və təhlükəsizlik” mövzusunda konfrans;- sentyabrın 12-dən 16-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Silahlı münaqişələr hüququ” kursu və Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Sülhün dəstəklənməsi əməliyyatları” üzrə kurs;- sentyabrın 12-dən 23-dək Vlore şəhərində (Albaniya Respublikası) “Cooperative Engagement-05” təlimi və Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hava əməliyyatları üzrə ingilis dili” kursu;- sentyabrın 13-dən 15-dək Skopye şəhərində (Makedoniya Respublikası) “Cooperative Assosiate-05” təliminin yekun konfransı;- sentyabrın 13-dən 16-dək Konstansa şəhərində (Rumıniya Respublikası) “Tomis-2005” fövqəladə hallar üzrə beynəlxalq təlim keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 8 Sentyabr 2005 00:01

Sentyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böhran Situasiyaları üzrə Beynəlxalq Qrupun vitse-prezidenti cənab Alan Deletrozu və bu layihənin Qafqaz üzrə direktoru xanım Sabina Freyzeri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 8 Sentyabr 2005 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 9-da Kişinyov şəhərində (Moldova Respublikası) NATO-nun Mülki Müdafiə Komitəsinin plenar iclası və Azərbaycan Respublikası ilə Litva Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 8-dən 9-dək Vilnüs şəhərində “Beynəlxalq müdafiə araşdırmaları.

Müdafiə Nazirliyinin məlumatı 7 Sentyabr 2005 00:00

Sentyabrın 7-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Yaşar Böyükkanıtın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 5 Sentyabr 2005 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 5-dən 9-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Müəllimlər üçün hərbi ingilis dili üzrə təlim seminarı” və sentyabrın 5-dən dekabrın 12-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi ingilis dili” kursu keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 Sentyabr 2005 00:00

Sentyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristou və Britaniya Hərbi Məsləhət-Təlim Qrupunun komandiri polkovnik Xyu Pyorseli qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 30 Avqust 2005 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 29-da saat 17:15-dən 17:20-dək Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndinin 0,7 km şimalında və 0,4 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini; -saat 22:40-dan 22:50-dək Qazax rayonunun Məzəmli kəndinin 0,2 km cənubunda yerləşən mövqelərindən Məzəmli kəndini; -saat 23:40-dan 23:50-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1,2 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.