Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 15-dən 16-dək Brüssel şəhərində (Belçika Krallığı) Verifikasiya üzrə Əlaqələndirmə Komitəsinin iclası və sentyabrın 14-dən 16-dək Kunqsangen şəhərində (İsveç Krallığı) “Vikinq-05” təliminin yekun planlaşdırma konfransı keçirilir.
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 15-dən 28-dək Bakı şəhərində (Çavuş heyətinin təlim və tədris kursunun proqram təminatı” üzrə seminar keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.