Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 29-da saat 17:15-dən 17:20-dək Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndinin 0,7 km şimalında və 0,4 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;
-saat 22:40-dan 22:50-dək Qazax rayonunun Məzəmli kəndinin 0,2 km cənubunda yerləşən mövqelərindən Məzəmli kəndini;
-saat 23:40-dan 23:50-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1,2 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.