Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 5-dən 9-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Müəllimlər üçün hərbi ingilis dili üzrə təlim seminarı” və sentyabrın 5-dən dekabrın 12-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi ingilis dili” kursu keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında  ikitərəfli hərbi əməkdaşlıq   planına uyğun olaraq, sentyabrın 5-dən 7-dək Bakı şəhərində Türkiyə Hərbi Dəniz Qüvvələri nümayəndə heyətinin tanışlıq səfəri və sentyabrın 5-dən 16-dək Altınova və Yalova (Türkiyə Respublikası) şəhərlərində “Dənizdə fövqəladə hallar” üzrə kurs;
 Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında  ikitərəfli hərbi əməkdaşlıq   planına uyğun olaraq, sentyabrın 5-dən 14-dək London və sentyabrın 5-dən 16-dək York şəhərlərində ingilis dili kursu;
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 6-dan 13-dək Tulsa şəhərində (Oklohoma ştatı) “ABŞ-ın briqada səviyyəsində komanda-qərargah əməliyyatları ilə tanışlıq” və sentyabrın 6-dan 9-dək Vaşinqton   şəhərində “Lisenziyalaşdırma üsulları və təcrübələri” üzrə 1-ci texniki seminar keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.