Sentyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böhran Situasiyaları üzrə Beynəlxalq Qrupun vitse-prezidenti cənab Alan Deletrozu və bu layihənin Qafqaz üzrə direktoru xanım Sabina Freyzeri qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, nəticələri və həlli yolları haqqında geniş fikir mübadiləsi aparılmışdır.
Cənab A.Deletroz vitse-prezidenti olduğu təşkilatın fəaliyyəti haqqında general-polkovnik S.Əbiyevə ətraflı məlumat vermişdir.