NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 9-da Kişinyov şəhərində (Moldova Respublikası) NATO-nun Mülki Müdafiə Komitəsinin plenar iclası və Azərbaycan Respublikası ilə Litva Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 8-dən 9-dək Vilnüs şəhərində “Beynəlxalq müdafiə araşdırmaları. Hüquqi aspektlər” mövzusunda məsləhətləşmələr keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.