Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 12-dən 15-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Müdafiə iqtisadiyyatı — Müdafiə transformasiyası və təhlükəsizlik” mövzusunda konfrans;
- sentyabrın 12-dən 16-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Silahlı münaqişələr hüququ” kursu və Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Sülhün dəstəklənməsi əməliyyatları” üzrə kurs;
- sentyabrın 12-dən 23-dək Vlore şəhərində (Albaniya Respublikası) “Cooperative Engagement-05” təlimi və Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hava əməliyyatları üzrə ingilis dili” kursu;
- sentyabrın 13-dən 15-dək Skopye şəhərində (Makedoniya Respublikası) “Cooperative Assosiate-05” təliminin yekun konfransı;
-  sentyabrın 13-dən 16-dək Konstansa şəhərində (Rumıniya Respublikası) “Tomis-2005” fövqəladə hallar üzrə beynəlxalq təlim keçirilir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 12-dən 16-dək London şəhərində “Silahlara nəzarət” təlim kursu və sentyabrın 12-dən noyabrın 25-dək Vışkov şəhərində (Çex Respublikası) “Sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçılar” kursu;
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 12-dən 16-dək Vaşinqton və Norfolk şəhərlərində Dəniz Fövqəladə Əməliyyatlar Mərkəzinin Əməliyyat və proseduraları ilə tanışlıq;
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 12-dən 23-dək Kocaeli şəhərində “Kütləvi qırğın silahlarından mühafizə” kursu;  
Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 13-dən 15-dək Sofiya şəhərində “Hərbi və xüsusi məhsulların keyfiyyətinə nəzarət və idarəetmə sistemi” üzrə ekspertlərin işçi görüşü;
Azərbaycan Respublikası ilə Litva Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq   planına uyğun olaraq, sentyabrın 13-dən 15-dək Vilnüs şəhərində “Hərbi-siyasi danışıqlar” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.