Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 19-dan 29-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “NATO-nun Mənzil Qərargahı və Tərəfdaşlığın Koordinasiya Qrupu ilə tanışlıq” proqramı;
-sentyabrın 19-dan 30-dək Skopye şəhərində (Makedoniya Respublikası) “Qərargah zabitləri üçün hərbi terminologiya” kursu;
-sentyabrın 20-dən 22-dək Mons şəhərində (Belçika Krallığı) “Cooperative Marlin-06” təliminin ilkin planlaşdırma konfransı;
-sentyabrın 20-dən 23-dək Bişkek şəhərində (Qırğızıstan Respublikası) “Fövqəladə hallar zamanı hərbi-mülki hazırlıq məsələləri və coğrafi məlumat sistemləri” üzrə təlim;
-sentyabrın 23-dən dekabrın 16-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Avropa Təhlükəsizlik Elmləri” çərçivəsində kurs keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 19-dan oktyabrın 7-dək İzmir şəhərində “Mühəndis-istehkam birliyi və minalar” üzrə kurs;
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 19-dan noyabrın 4-dək Krenfild Universitetində “Demokratiya şəraitində müdafiənin idarə edilməsi” üzrə kurs;
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 19-dan dekabrın 16-dək Buxarest şəhərlərində “Birgə əməliyyatlar üzrə qərargah zabitləri üçün yüksək səviyyəli” kurs;
Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 19dan dekabrın 23-dək Sofiya şəhərində “Hərbi İngilis dili” kursu;
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 19-dan dekabrın 23-dək Nyu Port şəhərində (İslandiya Respublikası) “Hərbi Dəniz Qüvvələrinə malik dövlətlər üçün beynəlxalq simpozium” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələr nümayəndələri iştirak edirlər.