AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 12-də saat 04:30-dan 04:45-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 05:10-dan 05:20-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 11-də saat 06:00-dan 06:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 8-də saat 19:15-dən 19:25-dək və 19:30-dan 19:40-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndləri yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndi ərazisindəki üzbəüz mövqelərimizi;-saat 21:00-dan 21:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 6-da saat 20:30-dan 20:45-dək və 20:55-dən 21:15-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndi ərazisindəki üzbəüz mövqelərimizi;- mayın 7-də saat 01:15-dən 01:50-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 01:20-dən 01:50-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 03:20-dən 03:30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Mayın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibinin köməkçisinin müavini xanım Meri Vorliki qəbul edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 5-də saat 17:15-dən 17:45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 19:09-dan 19:15-dək və 19:20-dən 19:25-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 4-də saat 19:00-dan 19:10-dək və 21:05-dən 21:10-dək Ermənistan Respublikasının Berd rayonunun Vosgepar və Mosesqex kəndləri ərazisində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəklikləri və Əlibəyli kəndindəki üzbəüz mövqelərimizi;- saat 14:10-dan 14:20-dək, 15:20-dən 15:30-dək və 22:15-dən 22:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 21:00-dan 21:20-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 1-də saat 08:00-dan 08:20-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Vosgepar kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki üzbəüz mövqelərimizi;-saat 13:25-dən 13:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;-saat 20:35-dən 21:00-dək Goranboy rayonunun Gülüsün kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Azərbaycan-Türkiyə kəşfiyyat əməkdaşlığı, illik koordinasiya Azərbaycan toplantısı (06-08 may); Ankara şəhərində Azərbaycanın və Türkiyənin ixtisas məktəbləri arasında qarşılıqlı olaraq (tankçı, topçu və rabitəçi) müəllim mübadiləsi (11-14 may); Neyrocərrahiyyə kursu (11-15 may); Sülhü dəstəkləmə əməliyyatları üzrə MTT kursu (25may-05iyun); Gelobolu, Afyon və Sakarya şəhərlərində Silahlı Qüvvələrin Hərbi Akademiyasının müvəffəq dinləyici zabitlərinin Türkiyə Quru Qoşunları akademiyalarının 1-ci kursunun mədəni gəzintisində iştirakı (31 may-l iyun); İstanbul şəhərində Yanğınla mübarizənin təkmilləşdirilməsi kursu (18-22 may);Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində ABŞ-Azərbaycan ikitərəfli əməkdaşlıq üzrə planlaşdırma konfransı (06-07 may); Varna şəhərində (Bolqarıstan) Qara Dəniz Regional Baş İnspektor konfransı (11-15 may); Tbilisi şəhərində (Gürcüstan) Eternity-2009 təliminin ilkin planlaşdırma konfransı (13-15 may);Azərbaycan Respublikası ilə Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində Müdafiə təsisat quruculuğu, təhlükəsizlik sektorunda islahatlar mövzusunda seminar (12-16 may);Azərbaycan Respublikası ilə Qazaxıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Aktau və Astana şəhərlərində Hərbi Dəniz əməkdaşlığı məsələlərinin müzakirəsi (18-22may) keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Neapol şəhərində (İtaliya) əməliyyat hüququ mövzusunda seminar (04-06 may);- Ankara şəhərində (Türkiyə) SNT Qərargah zabitləri üçün MTT ilə tanışlıq kursu (04-15 may);- Budapeşt şəhərində (Macarıstan) Qərargah zabitləri üçün hərbi terminologiya kursu (04-15 may);- Brüssel şəhərində (Belçika) NATO-nun və Tərəfdaş ölkələrin Baş Qərargah rəisləri səviyyəsində görüşü (06 may); Planlaşdırma və analiz prosesi (PAP) üzrə işçi görüşü (18 may);- Tbilisi şəhərində (Gürcüstan) “Cooperative Longbov 2009” təlimi (08-20 may); - Oberammerqau şəhərində (Almaniya) NATO-nun Qərargah zabitləri üçün tanışlıq kursu (11-15 may);- Kiyev şəhərində (Ukrayna) Açılmış Birgə Qüvvələr təlimi (11-15 may);- Bakı şəhərində NATO-nun İzmirdəki Hərbi Hava Qüvvələri Komponent Komandanlığının Hərbi Hava Qüvvələri mobil təlim kursu (18-22 may);- Sofiya şəhərində (Bolqarıstan) NATO-nun təlim siyasətində nəticələrin icmalı və əldə edilmiş təcrübələrin öyrənilməsi prosesi (19-20 may) keçirilir.