Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 20 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 20-də saat 01:10-dan 01:25-dək Ermənistan Respublikası Berd rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 19 May 2009 00:02

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində “Qüvvələrin tətbiq etmə təcrübəsi və vəziyyətin təhlili” mövzusunda seminar (18-22 may); Strateji Müdafıə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək mövzusunda işçi görüşü (18-22 may); Tampa şəhərində (ABŞ) Tibb xidməti zabiti kursu (27 may 2009-25 mart 2010);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Türkiyənin Hava Qüvvələri təlim-tədris mərkəzinin (Türkiyə Hava Harp Okulu, İzmir Hava Sınıf Okulları Komandanlığı) müəllim heyətinin təcrübə mübadiləsi məqsədilə səfəri (19-22 may);Azərbaycan Respublikası ilə İordaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Amman şəhərində İordaniyanın minaların zərərsizləşdirilməsi üzrə imkanları ilə tanışlıq səfəri (23-26 may) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 May 2009 00:01

“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:-Roma şəhərində (İtaliya) Hərbi Akademiya rəisləri üçün 38-ci konfrans (18-20 may);-Kiyev şəhərində (Ukrayna) Müdafiə İnstitutlarında dürüstlüyün yaradılması və korrupsiya risklərinin azaldılması mövzusunda kurs (18-22 may);-Simferopol/Sevastopol şəhərlərində (Ukrayna) Hərbi obyektlərin ziyarəti (20-23 may) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 18-də saat 10:50-dən 11:20-dək və 13:40-dan 14:00-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Çaxırlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 22:05-dən 22:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23:30-dan 23:40-dək Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 16 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 15-də saat 17:55-dən 18:10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisindəki üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 15 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 15-də saat 01:40-dan 01:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 14 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 13-də saat 20:50-dən 21:05-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndi ərazisindəki üzbəüz mövqelərimizi;-saat 10:30-dan 10:55-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 13 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 12-də saat 18:30-dan 18:40-dək və 19:40-dan 19:50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 12 May 2009 00:02

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Xarici Əlaqələr Şurasının böyük tərkibdə nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 12 May 2009 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 13-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən 4 km qərbdə, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.