Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Xarici Əlaqələr Şurasının böyük tərkibdə nümayəndə heyətini qəbul edib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə S.Əbiyev ABŞ-la Azərbaycan arasında mövcud olan çoxşaxəli əməkdaşlıq münasibətlərinə toxunaraq bu əlaqələrin gələcəkdə daha da möhkəm xarakter alacağını qonaqların diqqətinə çatdırıb. ABŞ-Azərbaycan əməkdaşlığının bir sıra mühüm beynəlxalq iqtisadi layihələrin reallaşmasına öz böyük töhfəsini verdiyini qeyd edən müdafiə naziri, sonda qonaqları maraqlandıran bir sıra suallara cavab verib.