Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində “Qüvvələrin tətbiq etmə təcrübəsi və vəziyyətin təhlili” mövzusunda seminar (18-22 may); Strateji Müdafıə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək mövzusunda işçi görüşü (18-22 may); Tampa şəhərində (ABŞ) Tibb xidməti zabiti kursu (27 may 2009-25 mart 2010);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Türkiyənin Hava Qüvvələri təlim-tədris mərkəzinin (Türkiyə Hava Harp Okulu, İzmir Hava Sınıf Okulları Komandanlığı) müəllim heyətinin təcrübə mübadiləsi məqsədilə səfəri (19-22 may);
Azərbaycan Respublikası ilə İordaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Amman şəhərində İordaniyanın minaların zərərsizləşdirilməsi üzrə imkanları ilə tanışlıq səfəri (23-26 may) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.