AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 15-də saat 17:55-dən 18:10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisindəki üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.