Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 1 May 2009 00:02

-Bakı şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin Hərbi Dəniz Qüvvələri üçün Beynəlxalq humanitar hüquq kursu (04-08 may) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 May 2009 00:01

“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:-Doha şəhərində (Qətər) “Qartalların Qətiyyəti-2009” təlimi (02-12 may);-Tbilisi şəhərində (Gürcüstan) NATO-nun arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşü (11-14 may);-Ankara şəhərində (Türkiyə) Terrorçu fəaliyyətlərin nəticələrinin azaldılması məqsədilə böhranların səmərəli idarə edilməsi mövzusunda kurs (25-29 may); Dalaman şəhərində “Dəniz Qurdu-2009” təliminin yüksək səviyyəli qonaqlar günü (27 may); İstanbul şəhərində Simulyator dəstəkli dənizdə hava hücumundan müdafiə və assimetrik təhdidlərlə mübarizə mövzusunda kurs (04-08 may);- Ştafford və Vircinia şəhərlərində (ABŞ) Silahlı Qüvvələrin qorunma ləvazimatlarının nümayişi VII təlim-baxış tədbirlərində iştirak (19-21 may);- Minsk şəhərində (Belarus) MİLEX-2009 Müdafiə sərgisi (19-22 may);-Tartu şəhərində (Estoniya) JCATS Simulyasiya sisteminin istifadəçilərinin 3-cü illik beynəlxalq konfransı (19-22 may) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 30-da saat 18:20-dən 18:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- mayın 1-də saat 00:45-dən 00:50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 05:00-dan 06:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.