Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 6-da saat 20:30-dan 20:45-dək və 20:55-dən 21:15-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndi ərazisindəki üzbəüz mövqelərimizi;
- mayın 7-də saat 01:15-dən 01:50-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:20-dən 01:50-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:20-dən 03:30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.