Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2009 00:03

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Neapol şəhərində (İtaliya) əməliyyat hüququ mövzusunda seminar (04-06 may);
- Ankara şəhərində (Türkiyə) SNT Qərargah zabitləri üçün MTT ilə tanışlıq kursu (04-15 may);
- Budapeşt şəhərində (Macarıstan) Qərargah zabitləri üçün hərbi terminologiya kursu (04-15 may);
- Brüssel şəhərində (Belçika) NATO-nun və Tərəfdaş ölkələrin Baş Qərargah rəisləri səviyyəsində görüşü (06 may); Planlaşdırma və analiz prosesi (PAP) üzrə işçi görüşü (18 may);
- Tbilisi şəhərində (Gürcüstan) “Cooperative Longbov 2009” təlimi (08-20 may);
- Oberammerqau şəhərində (Almaniya) NATO-nun Qərargah zabitləri üçün tanışlıq kursu (11-15 may);
- Kiyev şəhərində (Ukrayna) Açılmış Birgə Qüvvələr təlimi (11-15 may);
- Bakı şəhərində NATO-nun İzmirdəki Hərbi Hava Qüvvələri Komponent Komandanlığının Hərbi Hava Qüvvələri mobil təlim kursu (18-22 may);
- Sofiya şəhərində (Bolqarıstan) NATO-nun təlim siyasətində nəticələrin icmalı və əldə edilmiş təcrübələrin öyrənilməsi prosesi (19-20 may) keçirilir.