Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 4-də saat 19:00-dan 19:10-dək və 21:05-dən 21:10-dək Ermənistan Respublikasının Berd rayonunun Vosgepar və Mosesqex kəndləri ərazisində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəklikləri və Əlibəyli kəndindəki üzbəüz mövqelərimizi;
- saat 14:10-dan 14:20-dək, 15:20-dən 15:30-dək və 22:15-dən 22:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 21:00-dan 21:20-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.