Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 8-də saat 19:15-dən 19:25-dək və 19:30-dan 19:40-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndləri yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndi ərazisindəki üzbəüz mövqelərimizi;
-saat 21:00-dan 21:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.