Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 1-də saat 08:00-dan 08:20-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Vosgepar kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki üzbəüz mövqelərimizi;
-saat 13:25-dən 13:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
-saat 20:35-dən 21:00-dək Goranboy rayonunun Gülüsün kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.