Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2009 00:04

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Azərbaycan-Türkiyə kəşfiyyat əməkdaşlığı, illik koordinasiya Azərbaycan toplantısı (06-08 may); Ankara şəhərində Azərbaycanın və Türkiyənin ixtisas məktəbləri arasında qarşılıqlı olaraq (tankçı, topçu və rabitəçi) müəllim mübadiləsi (11-14 may); Neyrocərrahiyyə kursu (11-15 may); Sülhü dəstəkləmə əməliyyatları üzrə MTT kursu (25may-05iyun); Gelobolu, Afyon və Sakarya şəhərlərində Silahlı Qüvvələrin Hərbi Akademiyasının müvəffəq dinləyici zabitlərinin Türkiyə Quru Qoşunları akademiyalarının 1-ci kursunun mədəni gəzintisində iştirakı (31 may-l iyun); İstanbul şəhərində Yanğınla mübarizənin təkmilləşdirilməsi kursu (18-22 may);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində ABŞ-Azərbaycan ikitərəfli əməkdaşlıq üzrə planlaşdırma konfransı (06-07 may); Varna şəhərində (Bolqarıstan) Qara Dəniz Regional Baş İnspektor konfransı (11-15 may); Tbilisi şəhərində (Gürcüstan) Eternity-2009 təliminin ilkin planlaşdırma konfransı (13-15 may);
Azərbaycan Respublikası ilə Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində Müdafiə təsisat quruculuğu, təhlükəsizlik sektorunda islahatlar mövzusunda seminar (12-16 may);
Azərbaycan Respublikası ilə Qazaxıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Aktau və Astana şəhərlərində Hərbi Dəniz əməkdaşlığı məsələlərinin müzakirəsi (18-22may) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.