Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibinin köməkçisinin müavini xanım Meri Vorliki qəbul edib.
Qonağı salamlayan S.Əbiyev ilk öncə NATO-Azərbaycan əməkdaşlığının 15-ci ildönümü ilə bağlı olaraq bu müddət ərzində əldə edilən uğurlardan danışıb, gələcəkdə Alyansla əlaqələrin daha da inkişaf etdiriləcəyini önə çəkib.
Müdafiə naziri eyni zamanda ABŞ-la Azərbaycan arasında müxtəlif sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yaxşı təməllər üzərində qurulduğunu qeyd edib. Görüş zamanı daha sonra bölgədəki hərbi-siyasi vəziyyət müzakirə edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müdafiə naziri S.Əbiyev qeyd edib ki, bu münaqişənin həllində əsassız gecikmələrə yol verilməsi regionda ümumi durumu daha da gərgin vəziyyətdə saxlayır, ona görə də problem tezliklə aradan qaldırılmalıdır. Nazir S.Əbiyev münaqişənin həllində Azərbaycanın iradəsini ifadə edərək bildirib ki, bu məsələdə heç bir torpaq güzəştindən söhbət gedə bilməz və ümumiyyətlə münaqişə qeyd-şərtsiz öz həllini tapmalıdır.