Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 16 Aprel 2008 00:01

Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa və NATO siyasəti üzrə ABŞ Müdafiə katibinin müavinin köməkçisi cənab Daniel Feytanı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 16 Aprel 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 15-də saat 16:50-dən 18:00-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini;- saat 13:35-dən gecə saat 02:55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 21:48-dan 21:12-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:35-dən 22:50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- aprelin 16-da saat 00:40-dan 00:55-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 15 Aprel 2008 00:02

Bir qədər əvvəl Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının keçmiş Yuqoslaviyanın Kosovo regionundan geri çağrılması haqqında” qərar qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 15 Aprel 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 14-də saat 18:30-dan aprelin 15-i saat 03:00-dək ara-sıra Ermənistan Respublikası Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsindəki mövqelərini;- saat 15:40-dan gecə saat 02:45-dək fasilələrlə Xocavənd və Füzüli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, o cümlədən Aşağı Veysəlli və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 21:50-dən 23:50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23:40-dan aprelin 15-i saat 01:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- aprelin 15-də saat 01:25-dən 01:35-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 14 Aprel 2008 00:01

Aprelin 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Harri Vyattı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 12 Aprel 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 11:55-dən 12:15-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsindəki mövqelərini;- saat 22:15-dən 22:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndinin yaxınlığında yerləşən mövqelərdən;- aprelin 12-də saat 01:30-dan 02:40-dək Tərtər rayonunun Çiləbürt və Qızılooba kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 05:20-dən 05:40-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 11 Aprel 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 10-da saat 15:10-dan 15:15-dək və saat 17:30-dan 17:40-dək Ermənistan Respublikası Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsində yerləşən mövqelərini;- saat 08:00-dan 08:20-dək və saat 22:00-dan 22:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 20:45-dən 22:40-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz, Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- aprelin 11-də saat 01:30-dan 03:30-dək fasilələrlə Tərtər rayonunun Qızıloba və Çiləbürt, Ağdam rayonunun Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 10 Aprel 2008 00:01

Aprelin 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdə səfərdə olan nümayəndə heyətinin rəhbəri tümgeneral Selahattin Kısacıkı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 7 Aprel 2008 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu” (14 -24 aprel) - Bakı şəhərində Qırmızı Xaç Komitəsi tərəfindən “Beynəlxalq humanitar hüquq üzrə təlim” kursu (14 -18 aprel); - Ankara şəhərində “Taktiki səviyyədə Mülki-Hərbi Əməkdaşlıq kursu” (14-25 aprel) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 7 Aprel 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 6-da saat 20:15-dən 20:25-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini;- saat 17:30-dan 18:05-dək Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 21:10-dan 21:50-dək Füzuli və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbacjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.