Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa və NATO siyasəti üzrə ABŞ Müdafiə katibinin müavinin köməkçisi cənab Daniel Feytanı qəbul etmişdir.
Müdafiə naziri son illər Azərbaycanla Avropa ölkələri və ABŞ arasında ikitərəfli əlaqələrin daha da geniş vüsət aldığını qeyd etmişdir.  Avro-atlantik məkana inteqrasiyanın xüsusi önəm daşıdığını bildirən nazir hərbi sahədə də əlaqələrin qurulması və inkişaf etdirilməsində diqqətəlayiq nəticələrin əldə edildiyini vurğulamışdır. O, qeyd etmişdir ki, hazırda Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində uğurlu işlər həyata keçirilməkdədir.
General-polkovnik S.Əbiyev həmçinin bildirmişdir ki, Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həllinin gecikdirilməsi bölgədə vəziyyəti getdikcə gərginləşdirir və bunun gələcəkdə arzuolunmaz hallara gətirib çıxarmayacağına tam təminat yoxdur.
Görüş zamanı cənab D.Feyta Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatları qeyd etmiş, qlobal terrorizmə qarşı mübarizədə və sülhməramlı əməliyyatlarda iştirakda Azərbaycanla ABŞ-ın strateji tərəfdaş ölkə olduqlarını vurğulamışdır.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dorsi iştirak etmişdir.