AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bir qədər əvvəl Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının keçmiş Yuqoslaviyanın Kosovo regionundan geri çağrılması haqqında” qərar qəbul etmişdir.
Bu gün 34 hərbi qulluqçudan ibarət taqım Vətənə qayıtmışdır. Sülhməramlıların təntənəli qarşılanma mərasimi bu gün saat 17:00-da “N” saylı hərbi hissədə keçiriləcəkdir.