NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu” (14 -24 aprel)
- Bakı şəhərində Qırmızı Xaç Komitəsi tərəfindən “Beynəlxalq humanitar hüquq üzrə təlim” kursu (14 -18 aprel);
- Ankara şəhərində “Taktiki səviyyədə Mülki-Hərbi Əməkdaşlıq kursu” (14-25 aprel) keçirilir.
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Buxarest şəhərində “Avropa Təhlükəsizlik Siyasəti və İnteqrasiya kursu” (14 aprel - 04 iyul);
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Vişkov şəhərində (Çex Respublikası) “Təlimatçı hazırlığı” kursu (14 aprel - 23 may);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində İkitərəfli Hərbi Əməkdaşlıq məsələlərinin müzakirəsi (16-18 aprel);
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq San Antonio şəhərində “Rabitə zabitinin təməl ixtisas kursu” (16 aprel 2008-13 yanvar 2009) keçirilir.
14-17.04.2008 Qarmiş, Almaniya
19-25.04.2008 Vaşinqton, ABŞ
Bioloji Təhlükələrin Azaldılması Proqramı çərçivəsində Tədqiqat üzrə Standart Əməliyyat Prosesinin Hazırlanması üzrə seminar
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.