AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdə səfərdə olan nümayəndə heyətinin rəhbəri tümgeneral Selahattin Kısacıkı qəbul etmişdir.
Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq barəsində fikir mübadiləsi aparılmışdır.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti aprelin 11-də Azərbaycanın hərbi təhsil müəssisələri ilə tanış olacaqdır.