Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 14-də saat 18:30-dan  aprelin 15-i saat 03:00-dək ara-sıra Ermənistan Respublikası Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən  Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsindəki mövqelərini;
- saat 15:40-dan gecə saat 02:45-dək fasilələrlə Xocavənd və Füzüli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, o cümlədən Aşağı Veysəlli və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:50-dən  23:50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:40-dan  aprelin 15-i saat 01:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- aprelin 15-də saat 01:25-dən 01:35-dək Tərtər rayonunun Çiləbürt kəndi  yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.