Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 11:55-dən 12:15-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndində yerləşən mövqelərdən  Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsindəki mövqelərini;
- saat 22:15-dən  22:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndinin  yaxınlığında yerləşən mövqelərdən;
- aprelin 12-də saat 01:30-dan  02:40-dək Tərtər rayonunun Çiləbürt və Qızılooba kəndləri  yaxınlığında yerləşən mövqelərdən;
- saat 05:20-dən 05:40-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.