Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Harri Vyattı qəbul etmişdir.
Müdafiə naziri görüş zamanı Azərbaycanla ABŞ arasında müxtəlif istiqamətlərdə aparılan əməkdaşlıq münasibətlərinin son vaxtlar intensivləşdiyini qeyd edərək bildirmişdir ki, hərbi sahədə olan əlaqələrimizdə  də bir sıra müsbət nəticələr əldə edilmişdir.  İndi bizim əməkdaşlığımız həm ikitərəfli, həm də NATO-nun proqramları çərçivəsində davam edir.
Söhbət zamanı general-polkovnik S.Əbiyev regionda mövcud vəziyyət və Ermənistanın işğalçılıq siyasəti barədə də qonaqla fikir mübadiləsi aparmışdır. O, qeyd etmişdir ki, beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan sülh danışıqları hələlik heç bir nəticə verməmişdir. Ona görə də gələcəkdə ağır proseslərin meydana çıxmaması üçün münaqişəni dinc yolla həll etməyə çalışan dövlətlər və beynəlxalq təşkilatlar işğalçı Ermənistana öz təsir imkanlarını artırmalıdırlar.
Qonaq bölgədəki gərgin vəziyyətə münasibətini bildirməklə yanaşı Azərbaycanın regionda tutmuş olduğu mövqeni yüksək dəyərləndirmiş və ölkəmizin sülh yaratma əməliyyatlarında və qlobal terrorizmə qarşı mübarizədə fəal iştirakını xüsusi vurğulamışdır.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dorsi iştirak etmişdir.