AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 1-də saat 18:45-dən 21:40-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi yaxınlığında yerləşən mövqelərini; - saat 19:40-dan aprelin 2-si saat 06:30-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 22:30-dan 22:45-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 31-də saat 17:30-dan 00:00-dək fasilələrlə Ermənistan Respublikası Berd və İcevan rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Hacıalılı və Muncuqlu kəndləri, Qazax rayonunun ərazisindəki mövqeləri və Bala Cəfərli kəndini;- saat 19:25-dən 23:50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən; - aprelin 1-də saat 01:00-dan 01:20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 01:00-dan 02:20-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.