Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 31-də saat 17:30-dan  00:00-dək fasilələrlə Ermənistan Respublikası Berd və İcevan rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Hacıalılı və Muncuqlu kəndləri, Qazax rayonunun ərazisindəki mövqeləri və Bala Cəfərli kəndini;
- saat 19:25-dən 23:50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- aprelin 1-də saat 01:00-dan 01:20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:00-dan 02:20-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.