Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Bakı şəhərində “Konsepsiyaya əsaslanan Qüvvələrin Planlaşdırılması sisteminin tətbiq olunması ilə əlaqədar seminar” (01-04 aprel);
- Belqrad (Serbiya), Ştutqard (Almaniya) və Boston ( ABŞ) şəhərlərində   “Qara Dəniz Təhlükəsizlik Proqramı” üzrə kurs (06-19 aprel) keçirilir.
 Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq San Antonio şəhərində “Maddi-texniki təminat zabiti” kursu (02 aprel -01 dekabr);
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Ali Hərbi Kasasiya Məhkəməsinin yaradılmasının 94-cü ildönümü münasibətilə simpozium (06-08 aprel) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.