Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 15-də saat 16:50-dən 18:00-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndində yerləşən mövqelərdən  Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini;
- saat 13:35-dən gecə saat 02:55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 21:48-dan 21:12-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:35-dən 22:50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- aprelin 16-da saat 00:40-dan 00:55-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi  yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.