Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 28 Oktyabr 2005 00:01

Oktyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 24 Oktyabr 2005 00:03

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Baş Tibb Xidməti qərargah zabitləri” kursu keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 24 Oktyabr 2005 00:02

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Tərtər rayonunun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 24 Oktyabr 2005 00:01

Oktyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qərbi Avropa İttifaqı və Parlamentlərarası Avropa Təhlükəsizliyi və Müdafiə Assambleyasının Prezidenti cənab Stef Qorisi və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 24 Oktyabr 2005 00:00

Oktyabrın 23-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 16:15-dən 17:00-dək Tərtər rayonunun işğal olunmuş Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 19 Oktyabr 2005 00:01

Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 19-dan 21-dək Heydelberq şəhərində (Almaniya Federativ Respublikası) “Avropa Ordularının 13-cü illik konfransı”;Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 19-dan 21-dək Kiyev şəhərində “Mədəni-kütləvi işlərin və asudə vaxtın təşkili” üzrə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Oktyabr 2005 00:00

Oktyabrın 18-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Cavahirli kəndinin 1,7 km şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Çıraxlı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 17 Oktyabr 2005 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi plana uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- oktyabrın 17-dən 21-dək Roma şəhərində (İtaliya Respublikası) “Yüksək rütbəli zabitlər və səfirlər üçün kurs”, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Açıq mənbələrdən kəşfiyyat” və “Çoxmillətli qüvvələrlə tanışlıq” kursları; - oktyabrın 17-dən 28-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Silahlı münaqişələr hüququ” üzrə kurs və Brunsum şəhərində (Niderland Krallığı) “Çoxmillətli Birləşmiş Əməliyyat Qüvvələri” üzrə təlim keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 11 Oktyabr 2005 00:01

Oktyabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığı Baş Qərargahı tərəfindən Bakıda keçirilən hərbi əməkdaşlıq üzrə ekpert işçi görüşünə gəlmiş Baş Qərargah rəisinin dəstək üzrə müavini general-mayor Dimitrios Panagiotunu və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 11 Oktyabr 2005 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 10-da saat 23:50-dən 00:00-dək Goranboy rayonunun qismən işğal olunmuş Qamış aşırımında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.