AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 10-da saat 23:50-dən 00:00-dək Goranboy rayonunun qismən işğal olunmuş Qamış aşırımında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.